16.08.2010

Şəhər gəzintisi

15 avqust 2010-cu il tarixdə "Qaradağ Sement" ASC maliyyə dəstəyi və “Yeniliyə Doğru” Gənclər Fondunun təçkilatı dəstəyi ilə Qaradağ rayonunun Ümid qəsəbəsində gənclər üçün təşkil edilmiş layihə çərçivəsində qaçqın və məcburi köçkün uşaqlar üçün şəhər gəzintisi təşkil etmişdir.

11.08.2010

Təhsilin inkişafı

10 avqust 2010-cu il tarixdə 319 saylı orta mətəbdə “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyilə “Təhsilin inkişafı” layihəsi çərçivəsində əldə edilmiş nəticələrin müzakirəsinə həsr edilmiş tədbir həyata keçirilmişdir.

22.07.2010

Ümid qəsəbəsində gənclərlə görüş

“Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə yay tətilləri ərzində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə gənclər ücün müxtəlif kurslar təşkil olumnuşdur.

02.07.2010

3cü Beynəlxalq Holcim Awards müsabiqəsi: Gələcək üçün yeni perspektivlərin qurulması

1 iyul 2010-cu il – Mükafat fondu 2 milyon ABŞ dolları olan 3cü Beynəlxalq Holcim Awards müsabiqəsi açıq elan edilir. Müsabiqəyə davamlı inşaat meyarlarına uyğun gələn tikinti və mühəndislik layihələri; ərazilərin, yaşayış yerlərinin dizaynı, infrastruktur layihələri və konsepsiyalar təqdim edilə bilər.

01.07.2010

Ümid qəsəbəsində gənclərlə bağlı daha bir sosial layihə reallaşdı.

Sosial strategiyaya sadiq qalaraq “Qaradağ Sement” ASC bu il də yerli ictimaiyyətin ehtiyaclarını öyrənərək təhsil-tədris, İdman, maarifləndirmə, sağlamlıq, sosial reabilitasiya və gənclərin inkişafı kimi programların həyata keçirilməsində yaxından iştirak edir.

30.06.2010

2010-cu ildə Həcc Ziyarətinə gedəcək zəvvarlar müəyyən olundu.

“Qaradağ Sement” ASC 2010-cu ildə də öz xeyriyyəçilik ənənəsinə sadiq qalaraq 4 nəfər möminin Həcc ziyarəti ilə bağlı arzularını reallaşdıracaq.

24.06.2010

“Qaradağ Sement” ASC-nin Futzal üzrə 1-ci Çempionatı

2010-cu il İyun ayında “Qaradağ Sement” ASC-nin Futzal üzrə 1-ci Çempionatı keçirildi. Turnirdə 2 qrupda olmaqla 9 komanda iştirak etdi.

23.06.2010

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” ASC-nin birgə maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin sosial tərəfdaşlıq proqramı çərçivəsində elan etdiyi birgə maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlandı. 17 iyunda Şuranın konfrans zalında qalib gəlmiş QHT nümayəndələri ilə Şura rəhbərliyinin və “Qaradağ Sement” ASC-nin nümayəndəsinin görüşü baş tutdu.
bütün xəbərlər




Haqqımızda

"Qaradağ Sement" ASC
Azərbaycanda klinker və sement
istehsal edən yeganə müəssisədir.
Şirkət yerli və beynəlxalq standartlara cavab verən
yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir.

Ətraflı >>>

Əsas xəbər

"Qaradağ Sement" ASC Zati-Aliləri Prezident İlham Əliyevin iştirakı ilə 400 milyon dollarliq yenidənqurma layihəsinin təməlqoyma mərasimini keçirib

    BAKI ş. / SAHİL q., 14 aprel 2009-cu il – Holcim şirkətinin üzvü olan "Qaradağ Sement" ASC irimiqyaslı yenidənqurma layihəsinin təməlqoyma mərasimini təşkil edib.